Satışların artması üçün nə lazımdır?

Satışların artması üçün nə lazımdır?

Aug 10, 2025

Aug 10, 2025

Daha çox reklam? Daha çox endirim? Bəlkə də daha yaxşı təcrübə!

tecrube-marketinq
tecrube-marketinq

Brendlər Müştərilərini Necə Hiss Etdirir?

Bugün məhsulun keyfiyyəti, reklam bütcəsi və qiymət siyasəti təkbaşına kifayət deyil. Müştərilər artıq sadəcə almaq deyil, hiss etmək, yaşamaq və paylaşmaq istəyirlər.

Bəs brendlər bunu necə edir? Cavab: Təcrübə Marketinqi ilə!

Heç kimə sirr deyil ki, istehlakçı-marka təcrübələri sədaqət və təbliğat yaratmaq üçün güclü bir yoldur. Effektiv marka təcrübə fəaliyyətləri ilə məhsulunuz müvafiq, yaddaqalan bir kontekstdə birbaşa insanlara təqdim edilə bilinir.

Netflix & Georgina Billboard – Netflix, Georgina serialını təbliğ edərkən, reklam bilboardlarından istifadə edilən materiallarla çantalar hazırladı və bunu izləyicilərinə hədiyyə etdi. Bu, sadəcə bir reklam deyildi – bu, serialla emosional bağlanış yaratma metoduydu.

Coca-Cola Hug Me Machine – Coca-Cola Asiyada bir avtomat quraşdırdı ki, insanlar onu qucaqlayanda pulsuz içki alırdılar. Brendlə mənəvi bağlanış yaratmağın çox sadə və effektiv yolu.

Müsbət brend təcrübə fəaliyyətinin viral bir keyfiyyətə sahib olduğunu bilirik. İnsanlar brendlə yaratdıqları maraqlı təcrübəni ətrafındakı 3 və ya 4 insanla paylaşmaq istəyində olurlar. Paylaşımları sosial media üzərindən etmələrinə motivasiya edərək bu rəqəmləri daha da artıra bilirik.Təcrübələrə əsasən insanlar brendlə yaşadıqları təcrübəni 48 saat ərzində aşağıdakı formada xatırlayırlar:

  1. 5% istehlakçı eşitdiklərini

  2. 25% istehlakçı gördüklərini və eşitdiklərini

  3. 50% istehlakçı edilən sərgiləməni

  4. 95% istehlakçı yaşadığı təcrübəni

Doğru məkanda, doğru zamanda və doğru ideyalarla edilən doğru brend aktivlikləri, hərəkətə ilham verir. Təcrübə marketinqi ilə, rəqəmsal və TV-də əldə edilə bilməyən fürsətləri yarada bilirik. İnsanlara çatmaq bir ölçüdür amma təcrübə marketinqində hərəkət daha vacib hal daşıyır.

Texnologiya və Təcrübə Marketinqi

Təcrübə marketinqi artıq sadəcə şou deyil – o, texnologiyalarla sintez edilərək daha da güclənir.

  • VR və AR Həlləri – MaxCreative olaraq biz müştərilərə VR sərgilər, interaktiv oyunlar və məkan təcrübələri yaratmaqda yardım edirik. Məsələn, inşaat sahəsində potensial alıcılar evin tikinti bitməmədən necə olacağını VR texnologiyası ilə yaşaya bilər.

  • Oyun və İnteraktiv Reklamlar – FMCG brendləri üçün oyun texnologiyaları istifadə edərək istehlakçıları brendlə əyləncəli formatda əlaqələndiririk.

Zeytun Bağları brendi üçün hazırladığımız innovativ interaktiv oyun, marketlərdə keçirilən brend aktivliyi zamanı istehlakçılarla unikal əlaqə qurmağa imkan verdi. Bu texnologiya əsaslı həll, müştərilərin məhsulla daha yaxından tanış olmasını təmin edərək, vitrin satışlarını hiss olunacaq dərəcədə artırdı.

Veysəloğlu Group of Companies-ə məxsus Tabassum Tea brendi üçün hazırladığımız ÇAYMATİK, çay içməyi sadəcə bir vərdiş deyil, unudulmaz bir təcrübəyə çevirən innovativ kiosk oldu.

İnsanlar nə dediyinizi unuda bilər, nə etdiyinizi də unuda bilər, amma onları necə hiss etdirdiyinizi heç vaxt unutmazlar.” — Maya Angelou

Nəticə

Müştərilər brendlərə sadəcə baxmır, onları hıss edir və bu təcrübəyə bağlanır. Bu təcrübəni yaratmaq isə brendlərin əlindədir!

MaxCreative olaraq, texnologiya və kreativ həllərlə bu təcrübəni gerçəkləşdirməkdə sizə dəstək ola bilərik. Brendinizi istehlakçılar üçün unudulmaz edən təcrübələr yaratmaq üçün bizimlə əlaqə saxlayın.

Create a free website with Framer, the website builder loved by startups, designers and agencies.