Ağ At Şahmat Akademiyası üçün hazırladığımız valideyn portalı, tədris prosesini daha şəffaf, motivasiyaedici və interaktiv hala gətirir.
Layihə sayəsində valideynlər artıq övladlarının qiymətləndirmələrini, tədbirlərdə iştirakını, müəllim rəylərini və ümumi inkişaf göstəricilərini bir ekrandan izləyə bilirlər.
Bu platforma şahmat tədrisini yalnız bir kurs deyil, ailə ilə birgə yaşanan bir təcrübə halına gətirir.
Brend üçün bu, həm digital transformasiyanın, həm də valideyn mərkəzli tədris yanaşmasının real nümunəsidir.






