Cyberkoch ABŞ-da fəaliyyət göstərən və əsasən texnologiya sahəsində karyera qurmaq istəyən şəxsləri yetişdirən tədris platformasıdır. Şirkətin məzunları artıq Google, Amazon, IBM və LinkedIn kimi nəhəng texnologiya şirkətlərində uğurla fəaliyyət göstərirlər. Biz veb layihə üzərində işləyərkən əsas məqsədimiz şirkətin hekayəsini düzgün təqdim etmək, məzunların uğurlarını ön plana çıxarmaq və rəqəmlərlə təsdiqlənmiş nəticələri vurğulayaraq müraciətlərin sayını artırmaq oldu.