Azərbaycanın ən çox ödəmə terminalına sahib şirkəti olan eManat üçün yeni veb sayt dizaynı hazırladıq. Layihədə əsas prinsip istifadəçilərin online mühitdə də eyni rahatlıqla ödəniş edə bilmələrini təmin etmək idi. Bunun üçün terminallarda istifadəçilərin alışdığı ikon üslubunu daha sadələşdirilmiş formada veb sayt dizaynına inteqrasiya etdik və rəqəmsal ödəniş prosesini daha intuitiv etdik.