Embawood üçün hazırladığımız “Arzunu Paylaş” layihəsi, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sosial mediada istifadəçilərə interaktiv təbrik imkanı verən xüsusi oyun tətbiqidir. İstifadəçi tətbiq vasitəsilə dostluğundakı xanımı seçir və göndər düyməsinə basdıqda həmin xanım öz adına uyğunlaşdırılmış video mesaj alır. Bu yanaşma layihəni həm şəxsi, həm də paylaşılması maraqlı bir təcrübəyə çevirdi.