Frutena qida sənayesində fəaliyyət göstərən və təbii meyvə konsentratlarının istehsalı üzrə ixtisaslaşmış şirkətdir. Layihə çərçivəsində əsas fokus brendin istehsal gücünü və məhsul keyfiyyətini rəqəmsal mühitdə doğru şəkildə ifadə etmək idi.
Hazırlanan veb sayt sadəcə təqdimat platforması deyil, eyni zamanda gələcəkdə qlobal bazara çıxış üçün əsas kommunikasiya aləti kimi planlandı. Strukturlaşdırılmış səhifə arxitekturası, aydın kontent bölgüsü və istifadəçi yönümlü interfeys sayəsində Frutena-nın məhsulları və istehsal imkanları daha anlaşılan və təsirli şəkildə təqdim olunur.
Layihə zamanı:
Brendin vizual dili qorundu və inkişaf etdirildi
Məhsul səhifələri daha informativ və satış yönümlü quruldu
B2B tərəfdaşlar üçün uyğun təqdimat strukturu yaradıldı
Nəticədə Frutena üçün həm lokal, həm də beynəlxalq bazarda istifadə edilə biləcək funksional və peşəkar bir veb platforma formalaşdırıldı.





