Böyüməyi hədəfləyən Kingsmart supermarket üçün mobil tətbiq hazırladıq. Məhsul, istehlakçının fiziki marketdəki təcrübə ardıcıllığını nəzərə alınaraq dizayn edildi . Mobil app dizaynında qırmızı rəngin çox detalda istifadəsi böyük peşəkarlıq tələb edir. Brend rəngi qırmızı olduğu üçün bu bizim başlıca hədəfimizə çevrildi və biz bunu tətbiqetmənin dizaynında ustalıqla istifadə etdik.
Dizayna “gamification” elementləri əlavə etdik. İstehlakçılara, yaratdığımız "Dinamik hesab növü" modulu ilə Sadə alıcıdan Elit alıcıya keçmə imkanı təqdim edirik. Beləki istifadəçi hər səfərində alış verişdən sonra kartını istifadə etdikcə artan şkala ona qoyulan nəticəyə gəlib çatması üçün daim təkan verir. Gamification modulu müştərimizə gələcəkdə marketinq aksiyaları təşkil edə bilməsi üçün imkan verir. Bundan əlavə müştərinin loyallığı artır.
Və ən əsası Kingsmart alıcılarına bir neçə kliklə məhsulları səbətinə əlavə etməyi və qapıda ödəmə forması ilə təcrübə yaşadır.
Tətbiqetmə daxilində yerləşdirilən promolar, yeniliklər vasitəsilə istifadəçilər təklif edilən imkanları görə bilirlər.
"Daha çox qənaət" bölməsi yaradaraq istehlakçıya son fürsətləri göstərməyi nəzərdə tutulur.